13 aprel 2015 11:15

Ürfan Abbasov: Bakıya qələbə üçün yollanacağıq

Topaz Premyer Liqasının 29-cu turunun “Simurq”la oyunu (1:0) “Qəbələ”nin futbolçusu Ürfan Abbasov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, müdafiəçi “qırmızı-qaralar”ın heyətində 90-cı matçını keçirib.

Abbasov 6 oyunluq qələbə seriyası, yubiley, “Simurq”la ötən turun oyunu və “Neftçi” ilə qarşıdakı matç haqda fikirlərini klub saytı ilə bölüşüb:

“Komanda indi yaxşı formadadır. Bunun da nəticəsidir ki, ardıcıl qələbələr qazanırıq. Məşqçinin tapşırıqlarını tam yerinə yetirib, müsbət nəticələr əldə edirik. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Son qarşılaşmada qalib gəldiyimiz “Simurq”la görüş də bizim üçün çox vacib idi. Bu komandadan cəmi 2 xal öndə idik. Həm də onlarla son oyunlarımızda nəticə qazana bilmirdik. Bu dəfə meydanı 3 xalla tərk etməyimiz çox vacib idi. Komandamız da buna nail oldu. “Qəbələ” mənə doğma komandadır. 90-cı oyunumu oynadım. İstəyirəm 100-cü, 1000-ci oyunumu da burada keçirim. Növbəti turun “Neftçi” ilə oyunu da çətin olacaq. Bu matçda yalnız qələbə haqda düşünürük. Qarşılaşmanın hazırlıqlarına bu gün start veririk. Bakıya qələbə üçün yollanacağıq. 3 xaldan başqa heç nə haqda fikirləşmirik”.

Qeyd edək ki, 30-cu turun “Neftçi” – “Simurq” qarşılaşması aprelin 17-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.