13 aprel 2015 20:49

Qarabağ Simurqa, Neftçi İnterə qalib gəldi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, mübarizəni davam etdirən 4 komanda 2 cütdə münasibətlərini aydınlaşdırıb.

Bu cütlərdən biri indiyədək kubokda üz-üzə gəlməyib. Bunlar “Qarabağ”la “Simurq”dur. Tərəflərin ilk görüşündə sevinən tərəf Ağdam klubu olub. Qurban Qurbanovun komandası cavab oyunu öncəsi minimal hesablı qələbəyə sevinib.

Digər yarımfinal görüşündə isə iki paytaxt klubu - “Neftçi” ilə “İnter” qarşılaşıb. Bu klubların yolları 7-ci dəfə kəsişir. İndiyədək 3 dəfə yarımfinal, 3 dəfə 1/4 finalda qarşılaşan paytaxt təmsilçiləri hərəsi 3 dəfə mərhələ adlayıb. Bu dəfə isə "Neftçi"nin mərhələ adlamaq şansı daha yüksək qiymətləndirilməlidir. Hər halda bu komanda ilk oyunda 2 cavabsız qolla qalib gəlməyi bacardı və cavab görüşündə bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Azərbaycan Kuboku
Yarımfinal
(ilk oyunlar)
13 aprel (bazar ertəsi)

“Qarabağ” – “Simurq” - 1:0 (1:0)
Qol: C.Tağıyev, 15 (1:0).
Bakı. “İnter Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 9. Reynaldo, 11. Danilo Dias, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 21. Tural Rzayev, 25. Ansi Aqolli, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Göydəmir, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: Georgi Çixradze.

“Neftçi” – “İnter” - 2:0 (1:0)
Qollar: N.Kanales, 19 (1:0). N.Kanales, 71 (2:0).
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 18. Kaue da Silva, 16. Əziz Quliyev, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
“İnter”: 25. Səlahət Ağayev (k), 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 23. Voyislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 99. Eyyub Əliyev, 4. İvan Benites, 22. Əfran İsmayılov, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken.
Baş məşqçi: Kaxaber Sxadadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.