13 aprel 2015 00:05

Azərbaycan Kubokunda 1/2 final həyacanı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, mübarizəni davam etdirən 4 komanda 2 cütdə münasibətlərini aydınlaşdıracaq.

Bu cütlərdən biri indiyədək kubokda üz-üzə gəlməyibsə, digərinin yolları 7-ci dəfə kəsişir. Belə ki, “Neftçi” ilə “İnter” bundan öncə kubok çərçivəsində 12 oyun keçirib. Bunlardan 6-sı heç-heçə bitibsə, 2-də "ağ-qaralar", 4-də "bankirlər" qələbə qazanıblar. "İnter" top fərqində də öndədir - 11:8. İndiyədək 3 dəfə yarımfinal, 3 dəfə 1/4 finalda qarşılaşan paytaxt təmsilçiləri hərəsi 3 dəfə mərhələ adlayıb. “Neftçi” son 2 dueldəki 4 matçda uduzmadan mərhələ keçib. Premyer Liqanın turnir cədvəlində qonşu olan, çempionluq şansları demək olar ki, qalmayan paytaxt təmsilçilərinin kubokda mübarizəni davam etdirməsi üçün əllərindən gələni əsirgəməyəcəyi şübhə doğurmur.

Digər yarımfinal görüşündə “Qarabağ” “Simurq”la qarşılaşacaq. Bu komandalar indiyədək kubok çərçivəsində görüşməyiblər. Kubok matçını "Simurq" üçün daha vacib saymaq olar. Çünki bu komandanın Premyer Liqadan Avropa Liqasına vəsiqəni təmin etməsi çətin görünür. Amma kuboku qazanmaqla avrokuboklarda çıxış etmək hüququ qazanmaq daha asan yol hesab oluna bilər. Bunun üçün Georgi Çixradzenin komandasının finala çıxmaq üçün "Qarabağ"a qarşı sonadək mübarizə aparacağı gün kimi aydındır. Lakin Ağdam klubu da kuboku çempionata qurban verməyə hazırlaşmır. Qurban Qurbanovun komandası Premyer Liqada da növbəti çempionluğa yaxın olduğundan ötən il nail ola bilmədiyi qızıl dubla çalışacaq. Çempionatın liderinin buna nə dərəcədə nail olacağını isə zaman göstərəcək.

Azərbaycan Kuboku
Yarımfinal
(ilk oyunlar)
13 aprel (bazar ertəsi)

18:00. “Qarabağ” – “Simurq”
Bakı. “İnter Arena”.

19:00. “Neftçi” – “İnter”
Bakı. “Bakcell Arena”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.