12 aprel 2015 21:00
Arif Əsədov: İnterdən qol buraxmamaq çox vacibdir
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi yarımfinal mərhələsinin ilk oyunu gözləyir. Birinci oyun öz meydanımızdadır. Qol buraxmamaq çox vacibdir. İmkan daxilində isə bir və ya iki qol vurmağa çalışmalıyıq. Təəssüf ki, bu görüşə də itkisiz çıxa bilməyəcəyik. Erik ramos bu oyunu diskvalifikasiyalı olduğuna görə, Flavinyo isə zədə səbəbindən buraxmalı olacaq. Ernest Nfor isə ümumi qrupla məşq edir və böyük ehtimalla növbəti oyunlarda biz onun xidmətindən yararlana biləcəyik".
