12 aprel 2015 19:00
Azərbaycan Gürcüstana da qalib gəldi
16 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirində ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Dalğa Arena”da Yunanıstan və Qazaxıstan yığmaları arasındakı oyun 6:1 hesabı ilə yunanıstanlı futbolçuların xeyrinə başa çatıb.
Azərbaycan yığması isə Bayıl stadionunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, ilk turda Azərbaycan Qazaxıstana 4:0, Gürcüstan isə Yunanıstana 2:0 hesabı ilə qalib gəlmişdi.
