12 aprel 2015 00:20
Emil Balayevsiz Ayntraxt 3 cavabsız qola üzüldü
Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Bavariya" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu dəfə də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Ayntraxt" hazırda 35 xalla 8-ci pillədə qərarlaşıb.
