12 aprel 2015 00:15
Hayduk Ruslansız məğlub oldu
Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Split klubu səfərdə "İstra" ilə qarşılaşıb. Matç "Hayduk"un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan bu qarşılaşmada forma geymək şansı qazanmayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.
