12 aprel 2015 00:10
Vaqif Cavadovsuz Boluspor məğlub oldu
Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Osmanlıspor"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavadov sonadək ehtiyat oyunçular skamyasında oturub.
Qeyd edək ki, "Boluspor" hazırda 32 xalla 11-ci pillədə qərarlaşıb.
