12 aprel 2015 00:00

Qəbələnin rekordlarla zəngin qələbəsi

Topaz Premyer Liqasının 29-cu turu “Qəbələ” üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Simurq”la ev oyununda əldə olunan qələbə yubiley və rekordlarla nəticələnib.

“Qəbələ” Topaz Premyer Liqasında həm özünün, həm də mövsümün rekorduna imza atıb. Tarixinin rekordunu yeniləyən komanda mövsümün ən yüksək göstəricisinə şərik çıxıb. 29-cu turun “Simurq”la ev oyununda qazanılan 1:0 hesablı qələbə ardıcıl 6-cı belə uğur olub. Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri ardınca “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0 hesabı ilə məğlub edərək, klub tarixinin ən uzun qələbə seriyasına imza atmışdı. Bu seriyanı 6-ya çatdıran “qırmızı-qaralar” bu rekordunu daha da yaxşılaşdırıb. 6 qələbəlik seriya həm də 2014/15 mövsümünün rekordunun təkrarıdır. “Qəbələ”yə məğlub olanadək “Qarabağ” 6 qələbə qazanmışdı.

“Qırmızı-qaralar”ın qələbə qolunu vuran Ruslan Abışov milli çempionatlar tarixinə düşüb. O, 1992-ci ildən keçirilən yarışlarda 11000-ci qolun müəllifi olub. “Simurq”la qarşılaşmayadək 10999 qolun vurulduğundan Qəbələdə qeydə alınan ilk top yubiley xarakteri daşıyıb. 23 ildə baş tutan 4526 oyunda vurulan 11000 qoldan 601-i “Qəbələ”nin matçlarına təsadüf edib. Belə ki, 303 top vuran komandamız 298-ni buraxıb.

“Simurq” üzərində qələbə klubun tarixinə Premyer Liqadakı 60-cı ev qələbəsi kimi düşüb. Öz meydanında 133 qarşılaşmaya çıxan “Qəbələ” 31 dəfə heç-heçə edib, 42 dəfə məğlub olub. Ümumilikdə isə “qırmızı-qaralar” ölkə çempionatının yüksək liqasında 266 matçın 104-də qalib gəlib.

“Qəbələ”nin heyətində 90-cı rəsmi matçına çıxan Ürfan Abbasov 100-ə çatan 3-cü futbolçu olmağa yaxındır. Bunun üçün 10 oyun gözləməli olan müdafiəçi Dodo (127) və Viktor Mendidən (121) sonra buna nail olmağa ən real namizəddir. Daha 3 futbolçu oyun sayında Abbasovu qabaqlasa da, onların heç biri bu rəqəmi artıra bilməyəcək. Pavel Doroşev (99), Abdulkader Kamara (97), Azər Həşimov (95) artıq “Qəbələ”də çıxış etmir. Ürfan 90-cı oyununu keçirməklə, Lyubo Braninə çatıb. Bu iki oyunçu ən çox matça çıxanlar arasında 6-cı yerə şərikdirlər. Abbasov həm də 80-ci Premyer Liqa oyununa çıxıb. Onun “Qəbələ” formasındakı digər 10 oyunundan 9-u ölkə kuboku, 1-i avrokuboklara təsadüf edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.