11 aprel 2015 19:30
Cəmşid Məhərrəmov oynamadı, komandası heç-heçə etdi
Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Girəsunspor"la qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Cəmşid sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
Qeyd edək ki, "Adanaspor" hazırda 32 xalla 13-cü pillədə qərarlaşıb.
