11 aprel 2015 19:00
Rail Məlikov 90 dəqiqə oynadı, Dənizlispor uduzdu
Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
Dənizli klubu doğma meydanda "Antalyaspor"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə mərkəz müdafiəçisi kimi meydana çıxan Rail sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Dənizlispor" hazırda 21 xalla 17-ci pillədə qərarlaşıb.
