11 aprel 2015 15:00

İlqar Qurbanov: Ötənilki xal itkiləri bizim üçün dərs olmalıdır

"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanovun azerisport.az saytına müsahibəsi

- AZAL üzərində qazandığınız əzmkar qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Bizim üçün heç oyun asan keçmir. Bütün komandalar sonadək mübarizə aparırlar. AZAL-ın da yaxşı kollektivi var. Qalib gəldiyimizə görə şadıq. Hesab edirəm ki, biz bu oyunda əsl xarakter göstərdik.

- İkinci hissədə siz Rəşad Sadıqovu əvəzlədiniz...
- Hə, onun ağrıları var idi. Amma dəqiq nə baş verdiyini bilmədim. Sadəcə, mənə hazırlaşmağımı dedilər və meydana çıxdım.

- "Qarabağ"ın çempionluğu təmin etdiyini demək olar?
- Bizim çempionatda hər şey mümkündür. Ona görə də hər bir oyuna ciddi yanaşmaq lazımdır. Arxayınlaşmaq olmaz. Bizim əsas rəqiblərimizlə oyunlar hələ qarşıdadır. Kubok oyunları da var. Ötən il üzləşdiyimiz aqibət bizə dərs olmalıdır. Rəqiblərimizlə arada çox böyük fərq olsa da, ardıcıl xallar itirmişdik. Bu mövsüm həmin səhvləri təkrarlamamalıyıq.

- "Simurq"la ilk yarımfinal oyunundan nə gözləyirsiniz?
- "Simurq" həmişə bizim üçün çətin rəqib olub. Amma ümid edirəm ki, müsbət nəticə qazana biləcəyik.

- "Qarabağ" son dövrlər Tofiq Bəhramov adına respublika stadionunu "Bakcell Arena"ya dəyişmişdi. "Simurq"u isə "İnter Arena"da qəbul edəcəksiniz. Bu, sizin üçün nə dərəcədə rahatdır?
- Əlbəttə, yenə mərkəzi arenada oynamağımızı istərdik. Amma hansı stadionda oynamağımızdan asılı olmayaraq, biz hər matçda öz oyunumuzu sərgiləməyə borcluyuq.

- Komandanız qızıl dubl etməyə qadirdir?
- Yaşayarıq, görərik.

- Klubla müqavilənizin müddəti nə vaxt başa çatacaq?
- May ayında. Hələ ki, yeni müqavilə ilə bağlı danışığımız olmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.