11 aprel 2015 13:00
Amit Quluzadə Atletikonun əsas heyətinə qayıda bilər
Azərbaycanlı yarımmüdafiəçi Amit Quluzadə Portuqaliyanın "Atletiko" klubunun əsas heyətinə dönə bilər. Azerisport.az xəbər verir ki, onunla prinsip aparan və demək olar ki, forma şansı yaratmayan baş məşqçi artıq istefaya göndərilib.
Yeni baş məşqçi - Pedru İpolitanın gəlişindən sonra isə futbolçumuzun da daha çox meydana çıxacağına dair ümid yaranıb. İstisna deyil ki, futbolçumuz bu gün "Farense"yə qarşı oyunda meydana çıxsın.
