11 aprel 2015 12:30
Salukvazdze və Amisulaşvili Neftçiyə qarşı oynamayacaq
"İnter" Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi ilk oyuna iki ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubunun aparıcı müdafiəçiləri Laşa Salukvadze ilə Aleksandr Amisulaşvili derbidə forma geyə bilməyəcək.
Onların hər ikisi zədəlidir. Gürcü futbolçuların yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmır.
Qeyd edək ki, "Neftçi" ilə "İnter" arasındakı oyun aprelin 13-də "Bakcell Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.
