11 aprel 2015 12:00
Flavinyo İnter və Qəbələ ilə oyunları buraxacaq
"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo sıradan çıxıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın braziliyalı futbolçusunun Topaz Premyer Liqasının son turunda keçirilən "Xəzər Lənkəran"la oyunda aldığı zədə ciddi olub.
Paytaxt klubundan aldığımız məlumata görə, o, ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "İnter"ə qarşı oynamayacaq. Eyni zamanda Flavinyonun Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qəbələ" ilə görüşü də buraxması gözlənilir.
