11 aprel 2015 11:30

Ruslan Fomin: 6 xallıq fərq az deyil

"Qəbələ"nin hücumçusu Ruslan Fominin azerisport.az saytına müsahibəsi

- "Simurq" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Yaxşı oyun alındı. "Simurq" layiqli rəqibdir. Balanslaşmış və güclü komandadır. Bizim bu komanda ilə əvvəlki oyunlarımız uğursuz alınmışdı. Şadam ki, uğursuz gedişata son qoyduq və bu dəfə biz qalib gəldik. Çox vacib qələbə qazandıq: həm turnir cədvəli baxımından, həm də psixoloji baxımdan.

- Altı ardıcıl qələbə təsadüfdür, qanunauyğunluqdur, ya Roman Qriqorçukun fenomenidir?
- Hələ fenomenlikdən danışmaq üçün tezdir. Çünki biz hələ heç nə qazanmamışıq, heç nəyə nail olmamışıq. Sadəcə, turnir cədvəlində iki pillə irəliləmişik. Mövsümün sonunda yenidən bu sualınıza qayıdarıq. Qarşıda bizi "Neftçi" ilə vacib oyun gözləyir.

- Qarşıda daha altı oyun var. Mövsümün sonunadək 12 qələbəlik seriya əldə edə biləcəksiniz?
- (gülür) Hər şey mümkündür, amma siz hadisələri qabaqlamağa tələsməyin. Əlbəttə, belə bir uğurlu seriyaya nail olmaq psixoloji baxımdan çox önəmlidir. Biz də bu seriyanı davam etdirməyi çox istəyirik.

- "Neftçi" ilə son ev oyununda məğlub olmusunuz...
- "Neftçi" də yaxşı komandadır. Onların üçüncü yerdə qərarlaşması da təsadüfi deyil. Biz həmin oyunda hesabda öndə olduğumuz halda uduzmuşduq. Amma ilk yarıda dəyərləndirmədiyimiz 2 yüzfaizli vəziyyəti qola çevirsəydik, çətin ki, məğlub olardıq.

- Bu oyunu bakılılarla aranızdakı xal fərqini azaltmaq üçün bir şans saymaq olar?
- Altı xallıq fərq az deyil. Ağır olacaq. Həm də biz səfərdə oynayacağıq. Yəqin ki, onlar da bu görüşün əhəmiyyətini başa düşürlər və qələbəyə köklənəcəklər.

- Siz hələ ki, qol vurmaq baxımından problem yaşayırsınız. Hələ də yerli futbola uyğunlaşa bilməmisiniz?
- Əvvəllər mənə çətin idi. Xüsusilə də ilk 5-6 oyunda. İndi özümü daha yaxşı hiss edirəm. Baş məşqçi məni yaxşı tanıyır. Son oyunlarda mən də onun istədiyi kimi çıxış etməyə çalışıram. Bəzən nəsə alınır, nəsə yox. Fikrimcə, gec-tez qollar da gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.