11 aprel 2015 00:55
Dmitri Nazarov: 70 dəqiqə və 1 qol ötürməsi
Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Sankt Pauli" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Dmitri qarşılaşmanın 70-ci dəqiqəsində əvəzlənib. O, bu görüşdə qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, "Karlsrue" 48 xalla 4-cü pillədə qərarlaşıb.
