11 aprel 2015 00:45
Karşıyaka Mahir Şükürovsuz qələbə qazandı
Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
İzmir təmsilçisi səfərdə "Bucaspor"la qarşılaşıb. Matç Mahirin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şükürovun adı bu dəfə matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Karşıyaka" hazırda 42 xalla 7-ci pillədə qərarlaşıb.
