11 aprel 2015 00:35
Amit Quluzadə üçün yeni baş məşqçi
Portuqaliyanın "Atletiko" klubu yeni baş məşqçisini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bundan sonra Lissabon təmsilçisini Pedru İpolita çalışdıracaq.
O, bir neçə gün öncə istefaya göndərilən Lazaro Oliveyranı əvəzləyib.
Qeyd edək ki, "Atletiko"da azərbaycanlı yarımmüdafiəçi Amit Quluzadə də çıxış edir.
