11 aprel 2015 00:20
Azərbaycan kubu PSJ-nin və Portuqaliya yığmasının sabiq oyunçusu ilə maraqlanır
Rumıniyanın "Petrolul" klubunun yarımmüdafiəçisi Felipe Teyşeyra ilə Azərbaycan klublarından biri maraqlanır. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 34 yaşlı oyunçu ilə Kiprin APOEL klubu, eləcə də Türkiyənin iki komandası maraqlanır. Teyşeyranı heyətində görmək istəyənlər arasında Azərbaycan və Yunanıstan təmsilçiləri də var. Bunu Portuqaliyanın gənclərdən ibarət komandalarında oynamış futbolçunun agenti bəyan edib.
Qeyd edək ki, Teyşeyra vaxtilə Fransanın PSJ, İngiltərənin "Vest Bromviç" və Ukraynanın "Metallurq" (Donetsk) klublarında oynayıb.
