11 aprel 2015 00:10
Fariz Nəcəfov AFFA İK-nın qərarını tənqid etdi
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov AFFA İntizam Komitəsinin "Neftçi"nin müdafiəçisi Karlos Kardoso ilə bağlı çıxardığı qərardan narazılığını dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim "Neftçi" ilə heç bir qərəzim yoxdur. Sadəcə, İK ədalətli qərar çıxarmalıdır. Ya Kardosonun cəzasını tam ləğv etsinlər, ya da tam ciddiyəti ilə cəzalandırsınlar. İK tərəfindən belə münasibət göstərilməməlidir. Meydandan qovulan futbolçunun cəmi bir dəfə cəzalanması düzgün deyil".
Qeyd edək ki, "Qəbələ" növbəti turda "Neftçi" ilə qarşılaşacaq.
