10 aprel 2015 17:00

Aqil Məmmədov: Fasilədə bizə arxayınlaşmamaq tapşırılsa da, bu, baş verdi

"Neftçi"nin qapıçısı Aqil Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la heç-heçə ilə bağlı nə deyə bilərsiniz?
- Bizim qol vurmaq üçün çox yaxşı qol vəziyyətlərimiz oldu. Birinci hissədə onların ikisindən yararlana bildik. Amma ikinci hissədə nədənsə arxayınlaşdıq. Öz oyunumuzu tapa bilmədik. Rəqib isə əksinə, azlıqda qalmasına baxmayaraq, hesabı bərabərləşdirdi. Məncə, bu heç-heçə onlar üçün qələbəyə bərabərdir.

- Bəs sizin üçün?
- Aydın məsələdir ki, bizim üçün məğlubiyyətə bərabər heç-heçə oldu. İki xal itirdik.

- Komanda ikinci hissədə niyə arxayınlaşdı?
- Fasilədə komandaya arxayınlaşmamaq tapşırığı verilsə də, bu, baş verdi. Bu heç-heçə bizə çox pis təsir etdi.

- Amma qapınıza çox az zərbə endirildi. Bütövlükdə, 3 və ya 4 zərvə oldu, onların da ikisi qola çevrildi...
- Ona görə deyirlər ki, qapıya nə qədər çox zərbə gəlsə, qapıçı özünü bir o qədər inamlı hiss edir.

- İlk qol zamanı nə baş verdi? Rahid Əmirquliyevin zərbəsi o dərəcədə qarşısıalınmaz idi?
- Bəli, top trayektoriyasını dəyişdi. Həm də mən topu Rahid vurandan sonra gördüm. Görüntü bağlı idi.

- Matç "Böyük oyun" adına layiq oldu?
- Deməzdim. Amma istənilən halda həm bu, həm də digər komanda fərqləndi. Mübarizə var idi.

- İkinci hissədə sanki "Neftçi" həvəssiz oynayırdı. Niyə?
- "Xəzər Lənkəran" göstərdi ki, futbol oyunu 90 dəqiqə oynanılır. Sonadək mübarizə aparmaq lazımdır. Bu xal itkisinin əsas səbəbi məhz arxayınlaşmağımız oldu.

- Siz çox hirsli görünürdünüz...
- Qələbə qazanmalı idik. Danışmağı hamı bacarır. Heç nədən iki qol buraxanda əsəb öz sözünü deyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.