10 aprel 2015 16:00
Avrokubok oyunları yeni stadionda keçiriləcək
"Qarabağ"ın yeni stadionu və bazasının tikintisi artıq başa çatmaq üzrədir. Azerispot.az xəbər verir i, arena iki aydan sonra tam hazır olacaq.
Tezliklə arenaya UEFA-nın 3-cü kateqoriyasına daxil olan ot örtüyü çəkiləcək. Ağdam klubu burada nəinki çempionat oyunlarını, hətta avrokubok görüşlərini də qəbul edə biləcək. Sadəcə, UEFA belə kiçik arenalarda avrokubok oyunlarının keçirilməsini 1/4 final mərhələsinə qədər qəbul edir.
Arenanın azarkeş tutumu elə də çox deyil - 4800. "Qarabağ" növbəti mövsümdən ev oyunlarını məhz bu arenada keçirəcək.
Stadionun yaxınlığında isə Ağdam klubunun akademiyası yaradılacaq. Bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bəyan edib.
