10 aprel 2015 15:00
Tahir Gözəl: Maliyyə böhranı Qarabağa təsir etməyəcək
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bəyan edib ki, manatın devalivasiyası Ağdam klubuna heç bir təsir göstərməyəcək. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Böhran komandaya təsir göstərməyəcək. "Azərsun Holdinq"ə təsir etsə də, komanda bunu hiss etməyəcək. Bizim öz hədəfimiz və tapşırığımız var. "Qarabağ" xüsusi brenddir. Ondan Azərbaycan futbolunda yoxdur".
