Tomas Holts: Qarabağın İnterlə oyundakı qolunun sayılmamasına çox məyus oldum
Bu gün “Qarabağ” Futbol Klubunun inzibati binasında vitse-prezident Tahir Gözəlin iştirakıyla tədbir keçirilib. Azerisport.az xəbər verir ki, sözügedən tədbirdə amerikalı jurnalist Tomas Holts da iştirak edib.
Tədbirin gedişində Gözəl ona plakat və "Qarabağ"ın formasını hədiyyə edib. Bu mükafat ona Ağdam klubu qarşısındakı xidmətlərinə görə təqdim olunub.
Holts bu münasibətlə çıxışında aşağıdakıları qeyd edib: "Mən bu diqqətdən çox təsirləndim. "Qarabağ"dan öncə futbolla tanışlığım yox idi. Buna görə Ağdam klubuna təşəkkürümü bildirirəm. Bundan sonra da "Qarabağ" naminə fəaliyyətimi davam etdirəcəyəm. Mən azərbaycanlı olmasam da, Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyundakı qolun sayılmamasına çox məyus oldum. "Qarabağ" dünya arenasında siyasi təbliğat baxımından çox şeyə nail olub".
Qeyd edək ki, Holts azərbaycanlı həmkarları ilə birgə "Qarabağ" klubunun tarixi ilə bağlı sənədli film çəkib.
