10 aprel 2015 12:00

Ruslan Abışov: Qəbələ 3-cü yer uğrunda da mübarizə apara bilər

"Qəbələ"nin müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- "Simurq" üzərində qazandığınız qələbə barədə nə deyə bilərsiniz?
- Bu oyun bizim üçün finala bərabər idi. Çünki "Simurq" bizim Avropa Liqasına vəsiqə uğrunda əsas rəqiblərimizdən biridir. Əvvəlki oyunlarla müqayisədə biz bu dəfə elə də parlaq futbol sərgiləmədik. Digər tərəfdən bizim üçün bu oyunda əsas baxımlı futbol yox, nəticə idi. Buna da nail olduq.

- Revanş hissi var idi?
- Bəli. Çünki "Simurq" bizə həm kubokda, həm də Premyer Liqada acı məğlubiyyətlər yaşatmışdı. Şadam ki, bu dəfə biz qalib gəldik. Artıq bu oyunu unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Qarşıda bizi "Neftçi" ilə daha bir vacib qarşılaşma gözləyir.

- Altı ardıcıl qələbə nəyin göstəricisidir?
- Qış fasiləsi zamanı komandamızda xeyli dəyişikliklər oldu. Şübhəsiz ki, bu üzdən bizim zamana ehtiyacımız var idi. Fikrimcə, artıq bizdən gözlənilən oyunu göstərməyə başlamışıq. Amma bu, bacardığımızın hamısı deyil. Daha yaxşı oynaya bilərik. "Qəbələ" daha sürətli oynamağa çalışacaq.

- Bu oyunda cərimə zərbəsini yerinə yetirərkən çətin ki, onun belə qolla nəticələnəcəyini düşünürdünüz...
- Mən qapıya zərbə endirməyi yox, asma etməyi düşünürdüm. Belə ötürmələr təhlükəli olur və rəqib futbolçuları çaşdırır. Həmişə belə qollar vurmağı arzulayırdım.

- Bu qolu kimə həsr etdiniz?
- Şübhəsiz ki, bizim azarkeşlərə. Onlar bu oyunda bizi yaxşı dəstəklədilər. Biz artıq onları tribunalara qaytarmağı bacarmışıq. Növbəti oyunlarda da dolu tribunalar görəcəyimizə ümid edirik.

- "Qəbələ" dördüncü yeri tutsa da, yenə Avropa Liqasından kənarda qala bilər. "Simurq" kuboku qazansa, sizin bu pillədə qərarlaşmağınız da mənasız olacaq...
- Əlbəttə, buna görə bizi "Qarabağ"ın finala çıxması qane edir. Amma biz yenə də öz oyunumuzu düşünməyə çalışacağıq. Əgər qələbə qazanmağa davam etsək, niyə üçüncü yer uğrunda da mübarizə aparmayaq? Qarşıda "Neftçi" ilə oyun var. Bu görüş "Simurq"la görüşdən az əhəmiyyət daşımır.

- Səsiniz tutulub. Qola sevinərkən oldu?
- (gülür) Xeyr. Sadəcə, xəstələnmişəm. Bu, artıq ikinci oyun idi ki, meydana xəstə halda çıxmışdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.