10 aprel 2015 00:35
Fariz Nəcəfov: Qələbələrin davamı gəlsə, Avropa Liqasında oynayacağıq
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Simurq" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda biz görmək istədiyimiz oyunun 50 faizini göstəririk. Bu oyun bizim üçün çox vacib idi. Demək olar ki, komandamız altı xal qazandı. Qələbəyə görə şadıq. Qələbə qazanmağa davam etsək, Avropa Liqasına vəsiqə qazana bilərik. Roman Qriqorçuka gəlincə, biz inanırdıq və yenə inanırıq ki, seçimimizdə yanılmamışıq".
