10 aprel 2015 00:15
Tural Cəlilov: Mümkünsüz heç nə olmadığını göstərdik
"Xəzər Lənkəran"ın müdafiəçisi Tural Cəlilov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Ağır oyun alındı. İlk yarıdan sonra məğlub durumda idik. Amma mümkünsüz heç nə yoxdur. Sona qədər mübarizə apardıq və xal qazanmağı bacardıq".
