10 aprel 2015 00:05

Çingiz Abdullayev: Daha 5-6 dəqiqə olsaydı, Neftçi qalib gələrdi

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la oyun haqda nə deyə bilərsiniz? Komandanız 2 cavabsız qolla öndə olduğu halda, azlıqda qalan rəqibinə qalib gələ bilmədi...
- Bütövlükdə, çox yaxşı oyun alındı. Futbol belədir. Həm "Neftçi", həm də "Xəzər Lənkəran" yaxşı oynadı. Hansınınsa digərindən zəif oynadığını deməzdim. Sadəcə, bir məqamı qeyd etmək istərdim ki, bizim gəlişimzdən sonra "Neftçi" hələ uduzmayıb.

- Amma uduza da bilərdi...
- Uduzacağımıza inanmırdım. Özünüz də gördünüz ki, matçın sonlarında hücum edən məhz biz idik. "Xəzər Lənkəran"lı futbolçuların yorulduğu göz qabağında idi. Fikrimcə, daha 5-6 dəqiqə olsaydı, qələbə qazanardıq.

- Sizcə, fasilədə komandaya nə oldu ki, qələbəni əldən verdi?
- Fikrimcə, komandada bir qədər arxayınlıq yarandı. Biz də onlara sakit oynamağı tapşırmışdıq. Görünür, bunun da təsiri oldu. Həm də "Xəzər Lənkəran"ın ciddi hücumlar qurduğunu demək olmazdı. Onlar sadəcə, standart vəziyyətlərdən yaxşı yararlandılar. İnanıram ki, "Neftçi" qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcək.

- Deyilənə görə, Arif Əsədov istefaya göndəriləcək və onu almaniyalı mütəxəssislə əvəzləyəcəksiniz. Bu barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Belə bir söhbət yoxdur. Mən elə bir şey eşitməmişəm. Arif Əsədov yaxşı məşqçidir. Əgər kimsə mənim adımdan elə bir söz yazıbsa, düz deyil. Kluba gəldiyimiz cəmi 10 gündür. Hələ hər şeyi tam dəqiqliyi ilə öyrənməliyik, ondan sonra nəsə düşünmək olar.

- Sizcə, "Neftçi" belə oyunla kubokda uğur qazana biləcək?
- Bir oyuna görə heç nə demək olmaz. "Xəzər Lənkəran"la heç-heçə nədir ki? Axı bu futboldur. Bəli, bizə nəticə lazımdır. Biz bu oyunda çox hücum etdik, son dəqiqələrdə hətta qapıçımız da kömək üçün irəli gedirdi. Amma alınmadı. Eybi yox, olan işdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.