9 aprel 2015 21:00
Elvin Yunuszadə: Bu heç-heçə məğlubiyyətə bərabərdir
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bilmirəm necə belə alındı. Bu heç-heçə məğlubiyyətə bərabərdir. Fasilədən sonra bizdə arxayınlıq yarandı və nəticədə rəqib bundan yararlandı".
