9 aprel 2015 20:05
Kəmaləddin Heydərovla Rövnəq Abdullayev Qəbələ - Simurq matçında
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində bu dəqiqələrdə Qəbələdə şəhərin eyni adlı komandası ilə "Simurq" qarşılaşır. Azerisport.az xəbər verir ki, bu oyunu izləməyə AFFA prezidenti Rövnəq Abdullayev də gedib. O, matçı fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə izləyir.
