9 aprel 2015 20:25
Çingiz Abdullayev: Həm XL, həm də Neftçi yaxşı oynadı
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Həm "Neftçi", həm də "Xəzər Lənkəran" yaxşı oynadı. Hansınınsa digərindən pis oynadığını deməzdim. Sadəcə, onu qeyd etmək istərdim ki, biz gələndən sonra "Neftçi" hələ uduzmayıb".
