9 aprel 2015 19:30
Arif Əsədov: Hesab 5:0 da ola bilərdi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İki fərqli hissə izlədik. İlk hissədə ən yaxşı oyunumuzu keçirdiksə, ikinci hissədə ən pis oyunlarımızdan birini gördük. Erkən vurulan iki qol bizi arxayınlaşdırdı. Birinci hissədə hesab 5:0 da ola bilərdi. Amma çox təəssüf ki, qol epizodlarımızdan istifadə edə bilmədik və mühüm iki xal itirdik. Qarşıda gələn "İnter"lə kubok matçına ciddi hazırlaşmalıyıq".
