9 aprel 2015 19:10
Rasim Ramaldanov: İki qol vuracağımıza inanmırdıq
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk yarıdan sonra məğlub durumda idik və iki qol vuracağımıza inanmırdıq. Amma fasilədə uduzmamaq üçün bir-birimizə söz verdik".
