9 aprel 2015 18:20
Azərbaycan yığmalarının yeni baş məşqçiləri gələn həftə müəyyənləşəcək
Azərbaycanın U-16 və U-19 yığma komandalarının baş məşqçiləri gələn həftə müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, növbəti həftə AFFA-nın baş katibi Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşəcək.
Bu görüşdə namizədlərlə bağlı müzakirələr aparılacaq və yekun qərar qəbul ediləcək.
