9 aprel 2015 15:30
Pavel Paşayev: Azərbaycan yığmasında oynamaq istəsəm də, FİFA hələ susur
Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayev bəyan edib ki, Azərbaycan yığmasında oynamaq üçün FİFA-ya edilən müraciətə hələ də cavab verilməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ukrayna çempionatının növbəti oyununa hazırlaşıram. Azərbaycan yığmasında oynamağı çox istəyirəm. Amma hələ də cavab almamışam. FİFA hələ susur. Cavab gələn kimi menecer mənə xəbər edəcək".
