9 aprel 2015 15:00

Melvin Platye: Neftçini Venlo ilə müqayisə etmək istəməzdim

"Neftçi"nin hücumçusu Melvin Platyenin azerisport.az saytına müsahibəsi

- Hollandiyanın "Venlo" klubundakı işləriniz necə gedir?
- Super. Klubun liderlərindən biriyəm. Baş məşqçidən özümə qarşı böyük dəstək görürəm. Odur ki, hər şey əladır. Əlbəttə, heç kim öz gələcəyini sığortalaya bilməz. Amma ümid edirəm ki, bundan sonra da məndən razı qalacaqlar.

- "Neftçi"ni xatırlayırsınız?
- Əlbəttə. "Neftçi" güclü komandadır. Onu necə unutmaq olar? Klubun o qədər güclü legionerləri var.

- Kimi nəzərdə tutursunuz?
- Karlos Kardoso çox güclü müdafiəçidir. Lazım olanda sərt oynamağı da bacarır. Pavel Doroşevi qyed etmək lazımdır. Onunla dost münasibətimiz var idi. Eləcə də Ernest Nforla.

- Onlarla əlaqəniz qalıb?
- Vaxt olan kimi əlaqə qururuq.

- "Neftçi"nin işlərinin elə də yaxşı getmədiyindən xəbəriniz var?
- Bu barədə danışmaq istəməzdim. Düzgün çıxmaz.

- Məsələ burasındadır ki, komandanın bu mövsüm çempion olması, "Qarabağ"a çatması real görünmür...
- "Qarabağ" Azərbaycanın ən güclü klublarından biridir. Onların liderliyi də bunu sübut edir. Amma "Neftçi"nin zəif klub olduğunu deməzdim. Hər ikisi güclü komandadır.

- Hollandiyada uğurlu çıxış etsəniz də, Azərbaycanda oyununuz alınmadı...
- Azərbaycanı sevirdim, futbolunuz da xoşuma gəlirdi. Amma Hollandiyada işlərim daha yaxşı gedir. Hər oyunda sabit çıxış edirəm, qollar vururam, qol ötürmələri edirəm.

- Yenidən Azərbaycana qayıtmağınız mümkündür?
- Azərbaycana qayıtmağın əleyhinə olmazdım. Amma bunun üçün hansısa klubun məni heyətində görmək istəməsi vacibdir. Məsələn, "Qarabağ"la "İnter"in formasını geyməyin əleyhinə deyiləm.

- Hollandiya birinci divizionunu Azərbaycan Premyer Liqası ilə müqayisə etmək olar?
- Azərbaycanda futbol inkişaf edir. Ora güclü futbolçular gəlir. Hollandiyada isə futbol çoxdan inkişaf edib. Ona görə də müqayisə düzgün olmazdı. Ümid edirəm ki, Azərbaycanda da tezliklə hər şey yüksək səviyyədə olacaq.

- "Venlo" daha güclüdür, ya "Neftçi"?
- Belə bir müqayisə aparmaq istəməzdim. Amma onu deyə bilərəm ki, "Venlo" Hollandiyanın ən güclü klublarından biridir (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.