9 aprel 2015 14:15
Eddi İsrafilov: Yığmanın Norveçlə oyununa qədər hazır olmaq istəyirəm
Azərbaycan yığmasının və İspaniyanın "Qranada" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov zədəsi ilə bağlı açıqlama verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zədəmi yenicə sağaltmışdım ki, daha bir zədə aldım. Çox təəssüf ki, "Qranada"ya kömək edə bilmirəm. Amma mümkün qədər tez sağalmaq istəyirəm ki, yığmanın Norveçlə oyununa qədər hazır olum. Bu görüş komandamız üçün çox vacibdir və mən də uşaqlara kömək etmək istəyirəm".
