9 aprel 2015 11:30
Ruslan Qurbanovun klubu ilk oyunda sülh bağladı
Xorvatiya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Splitin digər təmsilçisi "RNK Split"lə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, Ruslanın adı matçın iştirak ərizəsində yer alsa da, o, sonadək ehtiyatda qalıb.
