9 aprel 2015 20:50

Böyük oyunda heç-heçə, Qarabağla Qəbələdən qələbə

Bu gün Topaz Premyer Liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, eyni gündə keçiriləcək tur avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Qəbələ” və “Simurq” arasında qarşılaşma ilə əlamətdar olub.

“Neftçi” ilə “Xəzər Lənkəran” arasında növbəti “Böyük oyun” da bu tura təsadüf edib. Lider "Qarabağ"ın əsas izləyicisi “İnter” isə istirahət edib.

Artıq çempionatımızın bəzəyinə çevrilən növbəti "Böyük oyun" bu dəfə Lənkəranda baş tutub. “Xəzər Lənkəran”la “Neftçi” 33-cü dəfə üz-üzə gəlib. Paytaxt klubu 2 top fərqi ilə öndə olmasına baxmayaraq, ikinci yarıda gənclərdən ibarət cənubluların buraxılan qolların əvəzini çıxmasına mane ola bilməyib.

Ötən tur "Bakı" ilə oyunda xal itirən son çempion və lider “Qarabağ” bu dəfə digər paytaxt təmsilçisi AZAL-la qarşılaşıb. Hesabı qonaqlar açsa da, Ağdam klubu əzmkar qələbə qazanmağı bacarıb.

Çempionatın autsayderləri bu dəfə bir-biri ilə qarşılaşıb. Belə ki, “Sumqayıt” doğma meydanda “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə hesab açılmayıb.

Nəhayət, turun qapanış matçında “Qəbələ” “Simurq”la qarşılaşıb. Turun mərkəzi oyununda meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Topaz Premyer Liqası
29-cu tur

9 aprel (cümə axşamı)

“Xəzər Lənkəran” – “Neftçi” - 2:2 (0:2)
Qollar: J.Vobay, 14 (0:1). E.Ramos, 25 (0:2). R.Əmirquliyev, 63 (1:2). A.Skarlatake, 74 (2:2).
Qırmızı vərəqə: A.Sanko, 33.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 8. Elşən Rzazadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 79. Namiq Qocayev, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
“Neftçi”: 1. Aqil Məmmədov, 3. Denis Silva Kruz, 4. Rahil Məmmədov, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 33. Orxan Bəşirov, 88. Mirkamil Haşımlı.
Baş məşqçi: Arif Əsədov.

“Qarabağ” – AZAL - 2:1 (1:1)
Qollar: S.Əsədov, 10 (0:1). L.Corc, 20 (1:1). V.Nadirov, 50 (2:1).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə,  Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov.
Bakı. “Bakcell Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 15. Oskar Klava, 21. Novruz Məmmədov, 18. Orxan Lalayev, 3. Xuan Fransisko, 7. Təmkin Xəlilzadə, 8. Seymur Əsədov, 27. Rəşad Abdullayev (k), 25. Valeri Kutsenko, 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 22. Eltun Yaqublu, 5. Kərim Diniyev, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 13. Şəhriyar Rəhimov, 24. Azər Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.

“Sumqayıt” – “Bakı” - 0:0 (0:0)
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 5. Cəmil Hacıyev, 76. Uğur Pamuk.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 11. Şahin Əliyev, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov (k), 11. Tural Qürbətov, 19. Eltun Hüseynov, 55. Aydın Mustafazadə, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 7. Nuran Qurbanov, 15. Azad Kərimov, 21. Elşad Manafov, 35. Qvanzan Maqomedov, 45. Mahir Mədətov, 85. Jaba.
Baş məşqçi: İbrahim Uzunca.

“Qəbələ” – “Simurq” - 1:0 (0:0)
Qol: R.Abışov, 60 (1:0).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Gökdəmir, 15. Stepan Polyak, 20. İdan Vaytsman, 22. Cihan Özkara.
Baş məşqçi: Georgi Çixradze.

Bombardirlər:
12 - Draqan Çeran ("Simurq"), Nurlan Novruzov ("Bakı").
9 - Reynaldo Silva ("Qarabağ").
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter"), Məhəmməd Qurbanov (“Sumqayıt”), Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").
7 - Rəşad Eyubov ("Simurq").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.