8 aprel 2015 19:50
Melvin Platye: Qarabağla İnterdən birinin heyətində oynamaq istərdim
"Neftçi"nin sabiq hücumçusu Melvin Platye Azərbaycana qayıtmağın əleyhinə deyil. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" Azərbaycanın ən güclü klublarından biridir. Buna görə də çempionatın liderlərindən biridir. Amma "Neftçi"nin zəif olduğunu deməzdim. Hər ikisi çox güclüdür. Azərbaycana qayıtmağın əleyhinə deyiləm. Təbii ki, hansısa klub məni öz heyətində görmək istəsə. Məsələn, "Qarabağ"la "İnter"dən birinin heyətində oynamaq istərdim".
