8 aprel 2015 19:15
Azərbaycanın U-19 millisi Əsgər Abdullayevə tapşırıla bilər
Sabah Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, bu posta namizədlərdən biri də əsas milli komandamızın sabiq çalışdırıcısı Əsgər Abdullayevdir.
Onun son iş yeri artıq fəaliyyətini dayandırmış "Araz Naxçıvan" olub. İstisna edilmir ki, U-19-u bundan sonra məhz Abdullayev çalışdırsın.
Qeyd edək ki, Azərbaycanın U-19 yığmasına Nikolay Adam rəhbərlik edirdi. Lakin komandamızın AÇ-nin elit mərhələsindəki uğursuz çıxışından sonra alman mütəxəssislə yollar ayrılıb.
