8 aprel 2015 14:15
Elbrus Məmmədov: Yaxşı oyun göstərib, Neftçini məğlub etmək istəyirik
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna optimal heyətlə hazırlaşırıq. Zədəli futbolçumuz yoxdur. Yaxşı oyun göstərib, qələbə qazanmaq istəyirik. İnanıram ki, sabah azarkeşlərdən də yaxşı dəstəyimiz olacaq. Rəqibin heyətində itkilər olsa da, biz buna fikir verməməliyik. Onlar hətta Lənkərana optimal heyətlə də gəlsəydilər, bizim hədəfimiz qələbə olacaqdı".
