8 aprel 2015 13:00
Azərbaycan Norveçlə matçın başlama saatını bildi
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu qarşılaşma Oslo şəhərindəki "Ullevaal" stadionunda keçiriləcək.
İyunun 12-də baş tutacaq görüşün start fiti isə yerli vaxtla 20:45-də (Bakı vaxtı ilə 23:45) səslənəcək.
