8 aprel 2015 11:30

Bədavi Hüseynov: Dneprdən maraq olsa da, Qarabağda məni hər şey qane edir

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- Son oyununuzda autsayderlə bacarmadınız...
- "Bakı" ilə oyundan çox danışmaq istəməzdim. Sadəcə, bizim oyunumuz alınmadı. İstədiyimiz futbolu göstərə bilmədiyimiz üçün qələbə qazana bilmədik. Ola bilsin ki, gərgin qrafik sözünü dedi. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Bilirdik ki, "Bakı"nın gənc futbolçuları böyük istəklə oynayacaqlar və sonadək mübarizə aparacaqlar.

- Amma rəqib hətta məlum problemlərə görə oyundan öncə normal məşq də etmədiyi halda sizdən xal aldı...
- Əlbəttə, belə söhbətlər futbolçulara və komandanın oyununa təsir edir. Aydın məsələdir ki, indi heç kim "Bakı"nın üzləşdiyi vəziyyətdə olmaq istəməzdi. Amma burada digər məqamları da nəzərə almaq lazımdır. Çox xoşdur ki, "Bakı"nın futbolçuları bütün baş verənlərdən "sınmırlar", hər oyunda meydana xal, qələbə qazanmaq üçün çıxırlar. Onlara uğurlar arzulayıram və ümid edirəm ki, problemləri tezliklə öz həllini tapacaq.

- Razısınız ki, bu mövsüm çox zəif keçir?
- Təmiz danışsaq, elədir. Bəzi klublar heç də yaxşı günlərini keçirmir. Bu da futbolun və futbolçuların inkişafına mane olur. Fikrimcə, federasiya bu problemin həlli yollarını axtarır və vəziyyət düzələcək.

- Xal itkisinə baxmayaraq, "Qarabağ" hələ də "İnter"dən kifayət qədər öndədir. Mövsümün sonuna 8 tur qaldığını nəzərə alsaq, artıq çempionluğunuza heç kimin mane olmayacağını demək olar?
- Belə söhbətlər həmişə bizə mənfi təsir edir. Hələ çempionluqdan danışmaq üçün çox tezdir. Qarşıda 8 oyun var ki, həmin görüşlərdə hər şey ola bilər. Rəqiblərimiz bizimlə oyunlara sanki ikiqat motivasiya ilə çıxırlar. Ona görə biz də hər oyuna ciddi yanaşmalıyıq.

- Sizinlə Ukrayna "Dnepr"i və daha bir neçə Avropa klubu maraqlanırdı. Nə əcəb bu təkliflərdən heç birini dəyərləndirmirsiniz?
- Düzdür, "Dnepr"dən maraqlanırdılar, amma məni "Qarabağ"da hər şey qane edir. Bilirəm ki, mən hələ çox artırmalıyam. Allah eləsin ki, yaxın gələcəkdə Avropa klublarının birində legioner həyatı da yaşayım.

- Ansi Aqollini AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Albaniya ilə Ermənistan üzərindəki qələbədən sonra necə qarşıladınız?
- İsti qarşıladıq, hamı onu qələbə münasibəti ilə təbrik etdi. Klub hətta ona bu vacib qələbə münasibətilə mükafat da verdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.