8 aprel 2015 00:15
Bədavi Hüseynov: Premyer Liqanın cari mövsümü əvvəlkilərlə müqayisədə zəifdir
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının cari mövsümünün zəif keçdiyini etiraf edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əgər düzünü desək, indiki mövsüm əvvəlkilərdən bir qədər zəifdir. Əksər klublar elə də yaxşı günlərini keçirmir. Bu da oyunçuların, futbolumuzun inkişafına müəyyən əngəllər törədir. Fikrimcə, federasiya buna bir çarə tapacaq və vəziyyəti yaxşılaşdıracaq".
