7 aprel 2015 19:15
Prosineçki köməkçisini milli üzvlərini izləmək üçün Almaniyaya göndərdi
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki köməkçilərindən birini Almaniyaya yollayıb. Azerisport.az xəbər verir ki, xorvat mütəxəssisin köməkçisi burada çıxış edən millimizin üzvlərini yaxından izləməlidir.
Qeyd edək ki, Azərbaycan yığmasında çıxış edən bir neçə futbolçu - Dmitri Nazarov, Toğrul Erat, Rüfət Dadaşov və Emil Balayev məhz Almaniyanın müxtəlif klublarında top qovur.
