7 aprel 2015 18:00
Eddi İsrafilov 5-7 həftəlik sıradan çıxıb
İspaniya La Liqasının son turu çərçivəsində Madrid "Real"ı ilə oyunda zədələnən Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun taleyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, o, 5-7 həftə yaşıl meydanlardan kənar qala bilər.
Futbolçumuz yalnız mövsümün son oyunlarında komandaya kömək edə biləcək. Onun iyunun 12-də keçiriləcək yığmamızın Norveçlə oyunadək sıraya dönməsi gözlənilir.
