7 aprel 2015 16:00
"Roman Qriqorçuk hətta 10:0 hesabıyla öndə olsaq da, hücum etməyimizi tələb edir"
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov baş məşqçi Roman Qriqorçukla işbirliyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qriqorçuk bizdən diqqətli oynamağı tələb edir. Biz hətta 10:0 hesabıyla öndə olsaq, əlavə vaxt getsə də, yenə top saxlamağımızı, hücum etməyimizi istəyir. Sakitləşməyi xoşlamır. Məhz buna görə biz AZAL-la son çempionat oyununda böyük hesabla qalib gəldik".
