7 aprel 2015 13:45
Toğrul Erat oynadı, klubu 4 cavabsız qola üzüldü
Almaniya ikinci Bundesliqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə autsayer "Sankt-Pauli" ilə qarşılaşıb. Matç həmyerlimizin klubunun 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat matçın 73-cü dəqiqəsində meydana çıxsa da, hesab dəyişməz qalıb.
Qeyd edək ki, "Fortuna" hazırda 39 xalla 7-ci pillədə qərarlaşıb.
